Hələ 2020-ci ildə dünyaca nüfuzlu New York Times qəzeti Türkiyə ilə Yunanıstan arasında artan gərginliyin fonunda “Aralıq dənizində yeni Taxt oyunları” başlığı ilə redaksiya məqaləsi dərc etmişdi.
Həmən zamandan artıq iki il keçməsinə baxmayaraq bu gərginlik günü gündən artaraq pik həddə çatıb .
Bəs bu Taxt oyunlarının arxasında duranlar və Türkiyəni yeni müharibə bataqlığına sürükləmək istəyənlər kimlərdi ?
Bildiyiniz kimi , Egey dənizinin cənub-şərqində yerləşən adalar 20-ci əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olmuş, lakin İkinci Dünya Müharibəsinin yekünlarına görə müəyyən şərtlər altında qalib tərəf Yunanıstana verilmişdi .
1923 və 1936-ci illərdə müvafiq olaraq Lozanna və Montrö boğazlar konvensiyasına əsasən həmin adaların silahlandırılması qadağan edilmişdi .
Hətta 1947- ci ildə imzalanan Paris Sülh Müqaviləsinin 15-ci maddəsinin ikinci bəndində Yunanıstana verilən 12 adanın tərk-silah ediləcəyi açıq şəkildə göstərilmişdi.
Ancaq Yunanıstan bu razılaşmalara məhəl qoymayaraq 1960-cı ildən bəri Egey adalarını yavaş-yavaş silahlandırmaqa başlamışdı.
Əlbəttə, Yunan tərəfi də bəzi maddələrin digər razılşamalara əsasən ləğv olunduğunu , 1947 ci ildəki Paris sülh anlaşmasının ümümiyyətlə Türkiyə ilə bağlanmadığını və bu səbəbdən onlara aid olmadığını , eyni zamanda hər iki dövlətin NATO üzvü olması, Türkiyənin 1975-ci ildə ayrıca Ege Ordusunu (4-cü Ordu) qurması və digər buna oxşar spekulativ argumentlər gətirsədə, beynəlxalq ekspertlər tərəfindən bunlar zəif argumentlər kimi qiymətləndirilmişdir .
Beləcə artıq 60 ilə yaxındır ki davam edən bu gərginlik , müxtəlif hegemon dövlətlər tərəfindən Türkiyəyə qarşı istifadə edilməkdədir .
Səbəb təkcə son illərdə Aralıq və Egey dənizlərində Avropanın tələbatını ödəyəcək böyük qaz ehtiyatlarının olması və Türkiyənin bu dənizlərdə təbii qaz yataqlarını tapmaq üçün kəşfiyyat işlərinə başlama niyyəti deyil .
Düşünürəm ki , əsas səbəb Türkiyənin son illərdə geo-siyasi proseslərdə daha ön plana çıxması, aktiv xarici siyasət izləməsi , digər hegemon ölkələr ilə ,xüsusəndə Britaniya ilə sıx əlaqələr qurması və eyni zamanda bölgədəki müharibə fonunda Rusiya ilə əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirməsidir.
ABŞ və müttəfiqləri dünya siyasətində yeni güclü və nüfuzlu ölkələrin meydana çıxmasını istəmir .
Türkiyənin son 20 ildə yüksəlişi əlbətdə rəsmi Vaşinqtonu və bir sıra tarixən Türkiyə ilə düşmən mövqedə olan Fransa kimi avropa ölkələrini narahat etməyə bilməzdi .
Bu səbəbdən ABŞ öz ənənəvi siyasətinə sadiq qalaraq özü üçün potensial təhlükə yaradan ölkələrə qarşı qonşu siyasətini məharətlə istifadə etməkdədir .
Çini Yaponiya , Rusiyanı Ukrayna , Şimali Koreyanı Cənubi Koreya ilə olduğu kimi Türkiyəyə qarşıda öz qonşusu Yunanıstan silahından istifadə etməkdədir .
Bütün bölgələrdə olduğu kimi, Türkiyəyə qarşıda ABŞ özü bir başa yox , özünün əl altısı və marionet rejimlər tərəfindən idarə olunan ölkələr vasitəsi ilə təsir etməkdədir .
Bunun ilə ABŞ , Türkiyədən gələn əks reaksiya vasitəsi ilə onu avropa ölkələrinin gözündə “kontrolsuz ölkə” kimi qələmə vermək və etibarsız tərəfdaş təsəvvürünü yaratmaq istəyir.
Bununla həm Britaniya-Türkiyə əlaqələrinin dərinləşməsinin önünü kəsmək, həmdə bölgədə Türkiyəni yalnız buraxaraq tək özündən asılı vəziyyətdə salmaq niyyətindədir .
ABŞ-nın bölgədə ara sıra bucür provakativ addımları , siyasi səhnədə onun maraqlarına qarşı çıxan dövlətlərə qarşı ilk belə hal deyil .
Fikrimcə Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi bir zamanda iki NATO müttəfiqi arasında olacaq yeni müharibə heç kəsin marağında deyil .
Amma Türkiyədə artıq əvvəlki Türkiyədə deyil və Ərdoğanında dünən Praqada bir daha təkrarlıdığı kimi "Bir gece ansızın gelebiliriz" ifadəsi heçdə blef deyil .
ABŞ və avropa ölkələri unutmamalıdır ki , Türkiyə kimi tərəfdaşı indiki məqamda itirmək Türkiyədən daha çox onların özlərinə ziyan vura bilər .
Unutmayaq ki, Türkiyə bölgədə söz sahibi olmaqla yanaşı NATO-un ikinci ən böyük quru qoşunlarına sahib bir ölkədir .
Türkiyə-Yunanıstan müharibəsi enerji böhranında olan Avropanı daha da iflic vəziyyətə gətirməklə yanaşı Türkiyənin özü üçün yeni müttəfiqlər axtarışına çıxması ilə nəticələnə bilər .
Bu halda güclü Türkiyə-Rusiya ittifaqıda yarana bilər ki , buda NATO üçün katastrofik bir hal ola bilər .
Amma hər bir halda qardaş Türkiyə hegemon dövlətlərin bütün bu yeni oyunlarını analiz etməli və təmkinli davranmalıdır.
Putinin etdiyi səhvəri təkrarlamamalı, Yunanıstana ilk hücum edən tərəf olaraq bütün dünyanın gözündə işğalçı kimi görünməməlidir .
Yalnız Yunanıstan tərəfindən açıq aşkar hücum olarsa, özünü müdafiə hüququndan istifadə etməli, beynəlxalq hüquq çərçivəsində davranmalıdır .
Fikrimcə, bütün bu gərginlik Türkiyə qarşı atılmış siyasi bir oyunun parçasıdır və indiki məqamda müharibə ilə yekünlaşması Türkiyə dövlətinin xeyrinə olmayan amildir .
Əks halda bu bizləri üçüncü dünya müharibəsinə daha da yaxınlaşdıracaq ki , nəticəsində qalib yalnız kənardan izləyən və bütün bu oyunları quranlar olacaq.
Türkiyə üçün müharibənin səbəb olacağı itkilər, əldə edəcəyi potensial mənfəətlərdən daha çox görünür .
Kamran Məmmədli
AĞ Partiya Mərkəzi Aparatının sədri
SİTAT.İNFO