Parlament Bəyanat qəbul edəcək

18:00 22 Fevral 2022

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul edəcək.

SİTAT.İNFO "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə deputat Aydın Hüseynov məlumat verib.

Deputatın sözlərinə görə, Milli Məclisin fevralın 25-də keçiriləcək iclasının gündəliyinə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib. İclasda layihə barədə deputatların çıxışları olacaq və Bəyanat qəbul ediləcək.



Xəbər xətti