"Məhkəmələr bank-vətəndaş çəkişmələrinə qanuni şəkildə baxmır" - Əkrəm Həsənov

15:32 26 Oktyabr 2022

"Problemi kreditlər hər zaman olduğu kimi yenə də var. Amma əvvəlki həcmdə deyil. 2015-ci ildən 2019-cu ilə qədər olan problemli kreditlərin bir hissəsi ödənilib, bir hissəsi silinib, bir hissəsini isə dövlət vətəndaşlara kompensasiya edib. Problemli kreditlərin ümumi həcmi çoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. 

Onun sözlərinə görə, problemli kreditlərlə bağlı dövlət rəsmilərinə, eləcə də məhkəmələrə müraciətlər olur: "Bizlərə bununla bağlı müraciətlər olur. Məhkəmə prosesləri də kifayət qədər çoxdur. Sadəcə bir neçə məsələ varki, məhkəmə təcrübəsi çoxalıb və məhkəmələrin bu işlərə necə baxacağı öncədən bəllidir. Buna görə də elə bir ajiotaj yoxdur. Digər tərəfdən isə bu məhkəmə praktikası nəinki oturuşub, sanki məhkəmələrə hardansa tapşırıq verilib ki, bir qayda olaraq yni tipli işlər üzrə bankların əleyhinə qərarlar çıxarmasınlar. Hətta qanun bütövlükdə bankların xeyrinə olmasa, vətəndaşların xeyrinə olsa belə".  

Hüquqşünasın sözlərinə görə, hakimlər məhkəmə işinə baxanda soruşurlar ki, bu tipli işlər yenə varmı: " Sanki qərar verməkdən qorxurlar ki, vətəndaşın xeyrinə olan qərar bir presedentə çevrilər.  Bu onlara çox maraqlı olur, məhkəmələrdə bunu soruşurlar. Məhkəmənin nəticəsi birmənalı bəlli olduğundan əvvəlki ajiotal yoxdur. Vətəndaşlar əlbəttə şikayət edirlər. Bəzən vətəndaş da haqlı olmur. Amma biz onlara öncədən deyirik ki, hətta haqlı olsalar belə , məhkəmələr bu işlərə təəssüf ki, qanuni şəkildə baxmırlar. Məhkəmə bir qayda olaraq borcun ödənilməli olan məbləği ətrafında gedir. Vətəndaşlar şikayət edirlər, onların bəzən girov qoyduqları evləri əllərindən alınır. Amma artıq dövlət tərəfindən bu məsələdə vətəndaşlara yardım edilmir. 2019-cu ildə olduğu kimi bir addım gözlənilmir".

Səid İsaoğlu,

SİTAT.İNFO 

 

 



Xəbər xətti