Dərman bazarında bahalaşma: Dövlətin qiymətə müdaxiləsi dayandırılmalı, əvəzində...

17:32 1 Noyabr 2022

Dərman bazarında kifayət qədər ciddi bahalaşma qeydə alınır və əczaçılıq məhsulları bahalaşmaqda da davam edir.  

Məlumdur ki, Azərbaycanın dərman sənayesi çox da inkişaf etməyib. Rusiya və Ukraynadan gələn dərmanlar isə hazırda çətin tapılır və onların alternativi olaraq Avropadan gələn dərmanlar olduqca yüksək qiymətə təklif olunur. 

Dərman preparatlarında qiymət artımının qarşısını almaq üçün nə etmək lazımdır?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, Azərbaycanım dərman bazarında xaricdən asılılıq 96%-ə yaxındır: " Bu kifayət qədər ciddi asılılıqdır və sadəcə xaricdən gətirilən dərman preparatları satışa çıxarıla bilir. Yerli istehsal çox aşağıdır hətta demək olar ki, yox səviyyəsindədir". 

İqtisadçı vurğuladı ki, bu məsələni hökumət mütləq nəzərə alınmalıdır: "Dərman preparatlarının qiyməti sosial yönümlü məsələdir. Əgər bizim yerli istehsalımız yoxdursa qiymət artımının qarşısının alınması üçün gömrük rüsumları sıfırlanmalı, əlavə dəyər vergisi heç olmasa 2%-ə salınmalıdır ki, bu da dərman preparatlarında qiymət artımının qarşısını kəsən əsas amillərdən birinə çevriləcək". 

N.Cəfərli hesab edir ki, dövlətin qiymətə müdaxiləsi dayandırılmalıdır: " Bunun əvəzinə dövlət bazarın genişləndirilməsi üçün işlər görməli, bazara yeni oyunçuların girməsinə şərait yaratmalıdır. 

Bütün bunlar qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər və ya bazar iqtisadiyyatı qaydalarına görə qiymətlərin tənzimlənməsinə nail olmaq mümkün ola bilər".

Seymur, 

SİTAT.İNFO



Xəbər xətti