"Güclü hökumət və zəif vətəndaş cəmiyyəti" tendensiyası davam edir. Prezidentin dəfələrlə təkrarladığı ictimai nəzarət mexanizmlərinin qurulması ilə kimlər məşğuldur? Xeyli müddətdir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edilib və onun əsasında QHT-lərə Dövlət Adəstəyi Agentliyi yaradılıb. Lakin hələlik vətəndaş cəmiyyətinin (VC) güclənməsi istiqamətində hansısa ciddi, konseptual addımlar müşahidə olunmur".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, 2013-14-cü ildən sonra hələ də VC toparlana bilməyib və Prezidentin dəfələrlə təkrarladığı ictimai nəzarət funksiyasını gerçəkləşdirməkdə çətinlik çəkir: "Çünki bu funksiyanı gerçəkləşdirmək üçün QHT-lərin ciddi resurslara (maliyyə, ictimai informasiya, qabaqcıl beynəlxalq təcrübə, əməkdaşlıq, institusional inkişaf və s.) əlçatımlığı olmalıdır.
Bunlar isə xeyli müddətdir ki, QHT-lər üçün elə də əlçatan deyil.
10 il öncə sektorda qrantların illik həcmi 100 milyon manat civarındaydı, hazırda isə bir neçə milyon səviyyəyə endirilib.
Azay müəllimin rəhbərlik etdiyi Şuranı çox tənqid edənlərdən biri də mən idim.
Təəssüf ki, Şuranın ləğvi və Agentliyin yaranması ilə gözləntilərimiz hələlik özünü doğrultmayıb.
Dövlət Dəstəyi Agentliyi hələlik “güclü hökumət və zəif vətəndaş cəmiyyəti” probleminin həlli istiqamətində hər hansı konseptual addımlar atmayıb".
O.Gündüz vurğuladı ki, ictimai nəzarət üçün güclü və nüfuzlu vətəndaş cəmiyyətinə ehtiyac var: "Prezident dəfələrlə vurğulayıb ki, bütün ictimai proseslər üzərində, hökumətin fəaliyyəti üzərində, fərman və sərəncamların icrası üzərində, məmurların fəaliyyəti üzərində ictiami nəzarətin təşkilinə ehtiayc var.Agentlik isə hələlik gözləmə mövqeyindədir, yeni və effektiv, müasir çağırışlara uyğun rəqəmsal ictimai nəzarət mexanizmləri nəinki təqdim edilib, heç müzakirəsini belə təşkil etməyib. Proqram tipli, sosial sifariş xarakterli dəstək mexanizmləri gözə görünmür. Dövlət-özəl-ictimai sektor əməkdaşlığının inkişafı istiqamətində müzakirələr yoxdur. Əlbəttə , bütün bunlar o anlama gəlmir ki Agentlik işləmir. Müşahidələr göstər ki, Agentlik çoxsaylı tədbirlər, görüşlər , toplantılar və s. keçirir. Əlbəttə, bunlar faydalıdır, lakin bütün bunlar problemin kökündən həllinə yönəlik deyil".
Ekspertin sözlərinə görə, hələlik Prezidentin dediyi ictimai nəzarətin müəyyən hissəsi əsasən sosial media üzərindədir: "Düşünürəm ki, Agentlik ictimai nəzarətin gerçəkləşdirilməsi üçün, ictiami iştirakçılıq üçün, bütövlükdə dövlət sektorunda ictiami nəzarət imkanların yaradılması üçün, ictimai əhəmiyyət kəsb edən nəhəng datalara əlçatanlığın təmin edilməsi üçün, ictimai sektorun bu prosesə cəlb edilməsi üçün səylərini gücləndirməlidir. Bir neçə il irəliyə hesablanmış inkişaf proqramları ortaya qoyulmalıdır. Bir neçə gün öncə BMT-nin “Elektron hökumətin inkişafı ” haqqında olan Hesabatında Azərbaycanın “E-iştirakçılıq” indeksi üzrə sıfır bal toplaması , düşünürəm ki, həm də Agentliyin rəhbərliyini ciddi narahat etməliyidi.
Gözləntim o idi ki, bu sıfır baldan sonra bəlkə Agentlik də yığışıb vətəndaşların və ictimai qurumların nə üçün dövlət idarəetməsində iştirak edə bilməməsinin bir müzakirəsini açar, vəziyyəti düzətməyə yönəlik mesajlar verər, lakin təəssüf ki, hələlik bunlar müşahidə olunmur".
Yeri gəlmişkən , ümumiyyətlə hərdən mənə elə gəlir ki , Agentlikdə Müşahidə Şurası və İcra Qurum sanki fərqli qurumlardır və hərəsi özü üçün də tədbirlər keçirir
Nərgiz,
SİTAT.İNFO