Depressiya həyatımıza necə təsir edir və həll yolları nələrdir?

13:46 6 Dekabr 2022

Bir çox insan həyatının müəyyən dövrlərində özünü kədərli, bədbəxt  hiss edir. İnsanda sıxıntıya səbəb olan bu duyğuların güclənməsi iqtisadi çətinliklər,  gərgin iş, sıxıntılı ailə mühiti , bəzən maddi, bəzən də mənəvi səbəblər ola bilər. Ancaq zaman keçdikcə yaşanan pis hisslər öz yerini rahatlığa verir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, depressiya (psixi pozğunluq) epidemiya kimi bütün dünyada sürətlə yayılmaqda davam edir. Hər bir insanın buna tutulma riski olduğu üçün bu xəstəliyi tanımaq hamımız üçün faydalı olar. Depressiya narahatlıq və bədbəxtlik xəstəliyidir. İnsan əvvəllər etdiyi heç bir işdən həzz ala bilmir, bədbinləşir. Bəzən də bu xəstəliyin gəlişi yavaş olur. İnsan səhər oyanmaq istəmir, yataqdan qalxmaq onun üçün işgəncədir, günlərlə, həftələrlə, hətta aylarla sakit şəkildə yorğan altında uzanmaq, istəyir. Onun üçün yuyunmaq, geyinmək, səhər yeməyi belə böyük bir yükə çevrilir.

Çox sevdiyi dostlarını görmək istəmir, zəng edəndə telefonlarına əl atması, danışması böyük yük yaradır. Əvvəllər sevdiyi iş onun üçün kabus olur, hər şeydən, hər kəsdən uzaqlaşır, həyatın artıq mənası yoxdur. Digər tərəfdən, evdə və işdə etinasız qoyduğu şeylərə görə özünü günahkar hiss edir. İşini müvəffəqiyyətlə görən insanı bədbəxt, sakit bir insan əvəz edir. Keçmişdəki düşüncələrdən və hadisələrdən çıxa bilməyən bir vəziyyətdə yaşamaq indi böyük bir işgəncəyə bərabərdir. Onun üçün ölüm qurtuluşdur. Ağır hallarda insan dini inancına görə özünə zərər vermək istəmir, hissləri və düşüncələri çətinləşir.

Əgər insana depressiya diaqnozu qoyulubsa, bu o deməkdir ki, şəxsin ailəsinin və yaxınlarının  işi çətindir. Depressiyada olan insana dəstək olmalı və onun köhnə sağlamlığına qovuşması üçün əllərindən gələni etməlidirlər. Təbii ki, adam heç nə etmək istəməyəcək, onu dəstəkləyən insanlar məcbur edəcək. Bütün bunları nəzərə alsaq, depressiya düzələn və insanlarda qalıcı iz buraxmayan bir xəstəlikdir.

İNSAN HƏYATINI RƏNGLƏNDİRƏCƏK FƏALİYYƏTLƏR TAPMALIDIR
Əgər əvvəllər etdiyi işləri sevgi və zövqlə xatırlamırsa, yaxınları ona dəstək olub, xatırlatmalıdır. Bu şəxslər məcburi olsa belə, ictimai fəaliyyətlərdə iştirak etməyə təşviq edilməlidir. Günəşin müalicəvi təsirindən yararlanmaq mühümdür. Depressiyada olan şəxs müntəzəm yuxu almalıdır. O, müntəzəm gəzintilər etməlidir, sağlam qidalar yeməlidir. Və ən böyük amillərdən biri odur ki, stresli mühitlərdən uzaq durmağa çalışmaqdır. 



Xəbər xətti