Əli Kərimlinin şikayəti təmin edilmədi

16:36 5 Dekabr 2025

Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb. 

Sitat.info-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin şikayətini əsassız sayaraq rədd edib.

Nəticədə əvvəlki instansiyanın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əli Kərimli Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib



Xəbər xətti