“Linkoln “-“Qarabağ” matçı bu telekanalda!

17:45 6 İyul 2023

Azarkeşlər Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Linkoln “-“Qarabağ” matçını canlı izləyə biləcəklər.

Sitat.info xəbər verir ki, əvvəlki illərdə Ağdam klubunun təsnifat mərhələlərində səfər oyunlarının yayımı ilə bağlı problemlər yaransa da, bu dəfə hər hansı çətinlik olmayacaq.

Cəbəllütariqdə keçiriləcək qarşılaşma “CBC Sport” vasitəsilə izləyicilərə canlı təqdim olunacaq.

Qeyd edək ki, iyulun 11-i “Viktoriya” stadionunda baş tutacaq matç Bakı vaxtilə saat 19:30-da start götürəcək.



Xəbər xətti