"Araz" supermarket 6 hektar ərazini tullantıdan təmizlədi - FOTOLAR

18:53 26 Avqust 2023

"Araz Supermarket olaraq “Təbiəti qorumaq mənim əlimdədir!” şüarı ilə bu dəfə “Təmiz ölkəm” aksiyasına qoşulub"

Sitat.info xəbər verir ki, bu barədə supermarketlər şəbəkəsinin əməkdaşı, jurnalist Aysel Fərziyeva məlumat verib.

O bildirib ki,  aksiya zamanı 6 hektar ərazi təmizlənib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Zirə qəsəbəsinin Xəzər dənizi sahilində 6 hektar ərazini tullantılardan təmizlədik. Aksiya zamanı yığdığımız 1.5 ton tullantı “Təmiz Şəhər”ə təhvil verildi". 

Fotoları təqdim edirik:




Xəbər xətti