Bakı hələ belə tıxac görməyib - VİDEO

13:56 24 Noyabr 2023

Hazırda Bakıda çox ciddi tıxac problemi yaşanır. Belə ki, paytaxtın 17 küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Sitat.info xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir ki, Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;  28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; "20 Yanvar" dairəsində; Zərifə Əliyeva küçəsində; Tbilisi prospekti, mərkəz istiqamətində; Niyazi küçəsi, hər iki istiqamətdə; Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində; Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə; Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; Bakıxanov küçəsi, hər iki istiqamətdə; Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində; Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından 20 yanvar m/st istiqamətində; Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Qeyd edək ki, buna səbəb noyabrın 23-25-də   Bakıda  keçirilən SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə baş tutan beynəlxalq əhəmiyyətli tədbirdir. 

Sİtat.info tıxacdan çəkilən görüntüləri təqdim edir. 



Xəbər xətti