Azərbaycan əhalisinə ÇAĞIRIŞ: hepatit A virusuna qarşı vaksin vurdurun

15:40 24 Noyabr 2023

“Hepatit A virusuna qarşı vaksin var”.

Sitat.info xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva “TƏBİB məsləhəti”ndə deyib.

Onun sözlərinə görə, vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir:

“İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda hepatit A virusunun vaksini bir və altı yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftə ərzində vaksin vurulmamalıdır”.

Sitat.info



Xəbər xətti