"Son zamanlar boşanmaların statistikasındakı artımla bağlı 3 səbəb yazacam. Aidiyyatı qurumlar da təsdiqləyər. Səbəblərdən biri odur ki, məcburi köçkünlər ər və arvad hərəsi ayrı-ayrı ev alması üçün boşanır. Onlar kağız üzərində, amma realda bir evdə yaşayırlar".
Sitat.info xəbər verir ki, bu sözləri gənc alim Əpoş Vəliyev deyib.
O qeyd edib ki, sosial yardım almaq üçün boşananlar da var. Onlar da kağız üzərində boşanır. Lakin ər-arvadlıq davam edir, birlikdə yaşayırlar.
Ə.Vəliyevin sözlərinə görə, bəzi qadınlar isə aliment almaq, daha sərbəst yaşamaq üçün boşanırlar: "Alimentin məbləği qalxdıqca boşanma sayı da çoxalacaq, ərə gəlir mənbəyi kimi baxırlar".
Ayna,
Sitat.info