Millimiz 6 pillə irəlilədi

15:00 30 Noyabr 2023

Azərbaycan millisi FİFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.

Sitat.info xəbər verir ki, yığma 114-cü mövqedə qərarlaşıb.

Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5.

Qeyd edək ki, Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür.

Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.



Xəbər xətti