Fransada müsəlman tələbələrin təhsil aldığı orta məktəbə ictimai yardım kəsilib

16:05 11 Dekabr 2023

Müsəlman tələbələrin təhsil aldığı Fransanın qabaqcıl liseylərindən biri olan Özəl Averroes  Liseyinin dövlətlə müqaviləsinə xitam verildiyi açıqlanıb.

Sitat.info xəbər verir ki,  Hauts-de-France qubernatoru Georges-François Lilldə yerləşən və universitetə ​​ qəbul olma nəticələri 90 faizdən çox olan Averroes Özəl Liseyinin dövlət müqaviləsini ləğv etmək qərarına gəlib.

Qərarda liseydə verilən təhsilin Fransa Milli Təhsil Nazirliyinin kurikulum gözləntilərini "mənbə və məzmun" baxımından "tam olaraq qarşılamadığı" iddia edilib.

Qərarda “mədəniyyət, cinslərarası münasibətlər, homoseksuallıq” kimi mövzularda vəsait çatışmazlığının olduğu bildirilərək, tələbələrə İslam dini ilə bağlı verilən resursların digər dinlərə aid mənbələrdən üstünlük təşkil etdiyi iddia edilib.

Bundan əlavə, qərarda liseydə çalışan bəzi müəllimlərin “respublika dəyərlərinə zidd” olduğu iddia edilib.

Qərar orta məktəbin daimi müəllimlərini və illik büdcəsindən yarım milyon avro dövlət yardımını itirməsi ilə nəticələnəcək.

Ayna,

Sitat.info



Xəbər xətti