İftarda sağlamlığımıza zərər vuran davranışlar: Bunları etmək olmaz!

17:11 8 Aprel 2022

11 ayın sultanı Ramazan ayında xüsusi olaraq düzgün bəslənməyə diqqət yetirmək vacibdir. Yemək vərdişlərimizi dəyişdirməli, pəhriz saxlamalıyıq.

Ramazan ayında yemək seçimi xüsusi əhəmiyyət kəsb edir. Sahura qalxmaq mütləq lazımdır. Beləliklə, oruc tutma müddəti azalır və aclıq səbəbindən maddələr mübadiləsinin daha da ləngiməsinin qarşısı alınır.
Kalorisi yüksək, duzlu, yağlı, qızardılmış qidalardan uzaq durulmalı, desert yeyiləcəksə, yüngül və südlü, meyvəli desertlərə üstünlük verilməli.  Süfrəmizdən tərəvəz əskik olmamalı, maye qəbulu və lifli qida qəbulu kafi olmalıdır.

Yemək yavaş-yavaş yeyilməli və çeynəmə uzun olmalıdır. Bizim yeməkdən sonra ağır şirniyyatlar yemək adətəmiz də yanlışdır, çünki  yandırmadığımız hər kalori artıq çəki və xəstəlik riski olaraq özümüzə qayıdacaq.

Ramazanda kifayət qədər maye qəbulu da çox vacibdir. Bütün günü yeyib-içməkdən uzaq qalan orqanizm oruc bitdi, indi hər şey yemək olar" kimi qəbul edilməməli, yüngül, balanslı və sağlam, kalorisi az olan qidalanmaya diqqət yetirilməlidir.

İftarda və sonra bunları etmək isə mədə xorası riskini artırır: Ramazan süfrəsinin bir parçası olan qazlı içkilər, çay və qəhvənin həddindən artıq içilməsi, şokolad, xüsusilə   xəmir və şərbətli desertlər balanssız qidalanmanın əsasını təşkil edir. Bunlar mümkün qədər az yeyilməli, hətta yeyilməməlidir.

Şəkərli diabet, hipertoniya, ürək xəstələri, xolesterini yüksək olanlar, mədə-bağırsaq problemi olanlar bunlara maksimum diqqət yetirməlidir. 

Nərmin, 

SİTAT.İNFO



Xəbər xətti