Avropa Liqası: Pley-off mərhələsinin püşkü atıldı

18:01 18 Dekabr 2023

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sitat.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

“Feyenoord” (Niderland) - "Roma" (İtaliya)

“Milan” (İtaliya) - "Renn" (Fransa)

“Lans” (Fransa) - "Frayburq" (Almaniya)

“Yanq Boyz” (İsveçrə) - "Sportinq" (Portuqaliya)

“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)

“Braqa” (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

“Qalatasaray” (Türkiyə) - "Sparta" (Praqa, Çexiya)

“Şaxtyor” (Ukrayna) - "Marsel" (Fransa)

Qeyd edək ki, bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.



Xəbər xətti