Qurbanov Xankəndidə yubiley qələbəsini qazandı

15:32 22 Dekabr 2023

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə keçirilən Azərbaycan Kuboku oyununda yubiley qələbəsini qazanıb.

Sitat.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, bu, 1/8 final mərhələsinin MOİK-lə görüşünə təsadüf edib.

Rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyətini əldə edib. Bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

Q.Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009 mövsümündə qazanıb. Komanda həmin vaxt 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.



Xəbər xətti