2023-cü ilin ən yaxşı futbol hakimi bəlli olub

12:00 4 Yanvar 2024

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı hakimlərini açıqlayıb.

Sitat.info IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada polşalı Şimon Marçinyak layiq görülüb.

43 yaşlı ədalət təmsilçisi 175 xalla birinci pillədə qərarlaşıb.

İtaliyalı Daniele Orsato (95) ikinci, fransalı Klemen Turpin (64) üçüncü olub.



Xəbər xətti