"Kəpəz"dən ayrılan mütəxəssis "Səbail"də işləyəcək

13:30 4 Yanvar 2024

"Səbail" komandasına yeni məşqçi təyin edilib.

Bu barədə Sitat.info-ya "dənizçilər"in mətbuat xidmətindən məlumat verilib.

Azər Məmmədov paytaxt təmsilçisində fəaliyyət göstərəcək. 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq.

Qeyd edək ki, Azər Məmmədov son olaraq "Kəpəz"də işləyib. O, noyabrın əvvəlində baş məşqçi postundan istefa vermişdi.



Xəbər xətti