Keçmiş məhkumlar oğurluğa görə saxlanıldı

12:45 6 Yanvar 2024

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Sitat.info-ya verilən xəbərə görə, Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti