"Biz pis iş görmədik, əksinə sənətkarın mahnısına yeni nəfəs verdik. Bu onun təkrar xatırlanmasına səbəb oldu."
Sitat.info xəbər verir ki, bu sözləri mərhum musiqiçi Yaqub Zurufçunun “Dəniz” mahnısını dəyişdirərək ifa edən Zaur Quluzadə deyib.
O bildirib ki, musiqi mərhumun həyat yoldaşı, Aynur Zurufçunun şikayəti əsasında "YouTube" platformasından qaldırılıb.
Zaur Quluzadə açıqlamasında Aynur Zurufçuya səslənib: "Elədiyiniz düzgün deyil, məncə yaxşı oxumuşam. Sənətkara rəhmət diləyənlərin sayı çoxaldı."
Aynur Zurufçu hələ sözügedən məsələ ilə bağlı iddialara açıqlama verməyib.
Qeyd edək ki, Aynur Zurufçu musiqiçinin ikinci həyat yoldaşıdır.
Xatırladaq ki, Yaqub Zurufçu 2021-ci ildə 65 yaşında “Covid-19” virusundan dünyasını dəyişib.
Münaqişə səbəbi olan “Dəniz” 2010-cu ildə yayımlanıb. 2021-ci ildə isə yenidən aranjeman olunaraq klip çəkilib. Musiqinin müəllifi, elə görkəmli sənətkarın özüdür.
Uzun illər vətənindən uzaq düşən musiqiçi, “Ayrılıq”,“Cücələrim”, “Dilbər” kimi tanınan mahnıları da ifa edib.
Türkan,
Sitat.info