6 yaşlı qız qızılcadan öldü

11:11 19 Fevral 2024

Lənkəranda azyaşlı qız qızılcadan ölüb.

Sitat.info xəbər verir ki, rayonunun Veravul kənd sakini 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub.

Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti