Müalicəyə tabe olmayan öskürəyə DİQQƏT! Viruslar müqavimət qazanıb...

14:37 21 Fevral 2024

Son günlərdə artan virus infeksiyaları həftələrlə keçməyən öskürək problemlərinə səbəb ola bilir.

Mütəxəssislərin fikrincə, öskürək  aylarla davam edə bilər, çünki viruslar bir-birinə qarışır və müqavimət qazanmağa başlayır.

Mütəxəssislər bildirir ki,  qrip virusu, eləcə də koronavirus variantları fevral ayında çox aktiv olub. Buna görə də, ictimai qaydalar çərçivəsində özümüzü və başqalarını qoruya bilmirik. Şəxsi gigiyena nəzərə alınmır, xəstə insan ətrafda gəzir. Bu virusların hamısı tənəffüs yolu ilə ötürülür. Bu, çox asanlıqla ötürülə bilər, çünki daşına bilir və çox uzun müddət havada asılı vəziyyətdə qalır. 

Bəzən uzunmüddətli müalicəyə rəğmən insanlar öskürəyin keçmədiyinə təəccüblənirlər. Virusların müqavimət qazanmağa başlayıb, çünki viruslar və bakteriyalar ağıllı mikroorqanizmlərdir. Viruslar şəkil dəyişirlər. Bu da müalicəni çətinləşdirir. Xüsusilə Covid virusu ağciyərlərdə qalır.  

Həkimlər bildirir ki. boğaz ağrısının müddəti uzandıqda və əlavə şikayətlər başladıqda mütləq həkimə müraciət etmək lazımdır. Səbəb adətən qış aylarında virusla əlaqəli infeksiyalar olsa da, bir çox xəstəliklər boğaz ağrısına səbəb ola bilər. Buna görə də, həkimə müraciət etmədən boğaz ağrısını aradan qaldırmağa çalışmaq xəstəliyi şiddətləndirir və nəticədə müalicəni çətinləşdirir. Uzun müddət davam edən boğaz ağrısının əsas səbəbini müəyyən etmək üçün ətraflı müayinə və zəruri hallarda testlər aparılır. Diaqnoz qoyulandan sonra məqsədyönlü və xəstəyə uyğun müalicəyə başlanılır.

Doktorlar əlavə edir ki, bədəndə maye azaldıqda, tüpürcək ifrazının azalması boğaz nahiyəsində quruluğa səbəb olur və nəticədə ağrılar şiddətlənir.  Bu səbəbdən boğazınız ağrıyan zaman gün ərzində bol su istehlak etməlisiniz. Şikayətlərinizin azaldılması üçün gün ərzində bədəninizi yormadan, ürək bulanmasına səbəb olmadan otaq temperaturunda su içmək çox vacibdir, boğazı  nəmləndirir.

Daimi qarqara boğaz ağrısını da aradan qaldıra bilər. Tərkibində duz və soda olan qarqara boğazı nəmləndirir, təmizləyir və yoluxucu maddələri yox edir. Bir stəkan otaq temperaturunda suya bir çay qaşığı duz və yarım çay qaşığı soda əlavə edin.  Gündəlik hazırladığınız qarqara ilə səhər və axşam həm ağzınızı, həm də boğazınızı təmizləyə bilərsiniz. Ancaq qarqara edərkən içindəkilər zərərli olmasa da mayenin böyük bir hissəsini udmamağa diqqət edin. 

Ayna,

Sitat.info



Xəbər xətti