"Belə murdar həyat tərzi heç yerdə görməmişəm" - Vətəndaş şikayəti

21:54 28 Fevral 2024

"Binə qəsəbəsinin Sovxoz adlanan ərazisində kanalüstü adlanan yerdə su kanalının sağı və solu boyunca minlərlə ev var. Hamı zibilini suya tökür. Çoxu heç evdən də çıxmır. Hasardan atır suya. Artıq mütəxəsis olublar. Hasardan baxmadan necə atırlarsa zibil düz kanalın axarına düşür. Uzaqdan baxırsan elə bilirsən ördəklər filan üzür. Gəlib çatanda görürsən ki suyun içi üzən zibillərlə doludur. Allah haqqı mən belə murdar yaşayış tərzi heç yerdə görməmişəm".

Bu sözləri sitat.info-ya Xəzər rayonu, Binə qəsəbəsinin sakini Araz Bayramov deyib.

A. Bayramov bildirib ki, illərdir ki,  aidiyyatı qurumlar bu acınacaqlı durumdan xəbərdar olsa da, biganə yanaşıblar: "Nə vaxt baxırsan, su zibillənir. Plastik qablar, heyvan nəcisinə qədər suya atılır. Bu sudan texniki vasitə  üçün istifadə edəndə nə olar ki... Gərək əlimizə keçən zibili suya ataq? Buna aidiyyatı qurumlar nəzarət eləmir..Bunu edən insanlar cəzalanmalıdır ki, dərs olsun".

A. Bayramov bildirdi ki,  kanal suyunun qəsəbənin mərkəzi küçələrindən keçdiyi üçün üfunət iyindən durmaq olmur: "Hələ havalar soyuq keçir, elə də qoxu yoxdur. Yay ayları gələndə üfunət iyi qəsəbəni basır. Bəzən tullantılar o qədər çox olur ki, kanalın qarşısını kəsir, daşır. Çirkab sular yola, həyətlərə dolur. Belə dözülməz vəziyyət yaranıb, buna bir əncam çəksinlər".

Seymur,
Sitat.info



Xəbər xətti