Azərbaycanın Əməkdar artisti vəfat etdi

11:11 20 Aprel 2024

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, əməkdar artist Yuri Omelçenko vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib.



Xəbər xətti