Bayramov Əraqçi ilə danışdı -YENİLƏNİB

Bayramov Əraqçi ilə danışdı -YENİLƏNİB
SİYASƏT 03 Oktyabr 2026 15:16

3 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.

    Nazirlər Azərbaycanla İran münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

    Söhbət zamanı, həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi qeyd olunub.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.


    ***

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

    Sitat.info xəbər verir ki, bu barədə Əraqçinin sosial media hesabında məlumat yayılıb.

    Məlumata görə, bu gün baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və iki ölkə arasındakı əlaqələrə dair məsələlər müzakirə olunub.

    Ceyhun Bayramov həmçinin iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.