Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi
Dünya 03 Oktyabr 2026 13:01
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Yəmənin Səada əyalətindəki mövqelərinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Yəmən mediası məlumat yayıb.

Səudiyyə Ərəbistanı ordusunun husilərin sərhədyanı Razih şəhərinin ərazisindəki mövqelərinin artilleriya ilə hədəfə alındığı bildirilib.