Bu ölkədə jurnalist KRAL OLDU
Sitat.info xəbər verir ki, Şahzadə Edvard ənənəvi mərasimlərlə taxta çıxıb.
1970-ci ildə anadan olan Şahzadə Edvard Makerere Universitetində kütləvi kommunikasiya üzrə təhsil alıb və 1999-cu ildə məzun olub. O, Uqanda və qonşu Ruandada 21 ildən çox jurnalist və televiziya aparıcısı kimi çalışıb, həmçinin Uqanda Yayım Korporasiyasında fəaliyyət göstərib. Kral kimi ilk açıqlamasında Şahzadə Edvard jurnalistika illərində qurduğu əlaqələrdən Tooro xalqının xeyrinə istifadə edəcəyini bildirib. “Mənə bu titulu kral kimi verdilər, amma mən tək işləyə bilmərəm, sizinlə işləməliyəm”, - deyə Şahzadə Edvard bildirib. Şahzadə Edvardın tacqoyma mərasimi gecə yarısı başlayıb. O, mərasimlərin bir hissəsi olaraq Karuziika Kral Sarayına qədər təxminən 4 kilometr piyada gedib. Mərasim zamanı krallığın asanlıqla əldə edilmədiyini simvolizə edən ənənəvi mübarizə keçirilib. Daha sonra Şahzadə Edvard kral klanının üzvləri tərəfindən xeyir-dua alıb. Şahzadənin taxta çıxması ilə Tooro Krallığının hakimiyyəti Kral Oyonun mənsub olduğu sülalənin əsas qolundan başqa bir qola keçib.