Polis bir gündə 57 nəfəri saxladı

Polis bir gündə 57 nəfəri saxladı
HADİSƏ 03 Oktyabr 2026 11:47
Oktyabrın 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Sitat.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.