Ərdoğan Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım ETDİ
3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paylaşım edib.
"Türk Dövlətləri Təşkilatının yaradılmasına zəmin yaradan Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətləri ilə Əməkdaşlıq Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
“Dildə, fikirdə, işdə birlik” şüarı ilə başladığımız bu qardaşlıq yolunda birliyimizin, həmrəyliyimizin və qarşılıqlı dəstəyimizin daim möhkəm və davamlı olmasını arzulayıram", - deyə paylaşımda bildirilib.