Bakı metrosunda kişi öldü
Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.
Sitat.info xəbər verir ki, günorta saatlarında stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib.
Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin sərnişinin həyatını xilas etmək mümkün olmayıb.