Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi

Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi
HADİSƏ 03 Oktyabr 2026 15:55

Quba-Xınalıq yolunda təkrar torpaq sürüşməsi baş verib.

Sitat.info xəbər verir ki,  sürüşmə nəticəsində Quba rayonunun Xınalıq da daxil olmaqla 8 dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib.

Bölgədə davam edən yağıntılı hava şəraiti və dağlıq relyefdə torpağın rütubətlənməsi sürüşmə prosesini aktivləşdirib. Hazırda aidiyyəti qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun təmizlənməsi və gediş-gəlişin bərpası istiqamətində işlər aparılır (APA).