Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya edib? Məlum olduğu kimi, Azərbaycanın neft-qaz satışından gələn gəlirləri məhz neft Fondunda saxlanılır. Bu vəsaitlərin bir qismi bağd və ya qızılda, bir qismi isə daşınmaz əmlakda, eləcə də qiymətli kağızlar şəklində saxlanılmaqdadır. Bəs görəsən, Dövlət Neft Fondu hansı iri qlobal şirkətlərdə səhmləri var?
Sitat.info xəbər verir ki, hər kəsi düşündürən bu suala ekpert Osman Gündüz aydınlıq gətirib.
Məlum olduğu kimi Dövlət Fondu 2023-cü ilin yekununa görə ən çox aşağıdakı 5 şirkətin səhmlərini almışdı :
- “Apple” 496 milyon ABŞ dolları,
- “Microsoft” 438 milyon ABŞ dolları,
- “Alfabet” “Google” 258 milyon ABŞ dolları,
- “Amazon” 233 milyon ABŞ dolları,
- “NVIDIA” 202 milyon ABŞ dolları,
Cari ildə isə Fond aldığı səhmlərdə ciddi dəyişikliklər edib . Yəni cari ilin birinci rübündə Fondun texnoloji səhmlər paketində tendensiya belə olub :
- Microsoft-un səhm portfeli 12,8% artaraq 494 mln. dollara çatıb
- “Apple” üzrə səhm portfeli 15,5% azalalarq 419 mln. dollara enib.
- “NVIDIA”nın səhm portfeli 169 mln. dollar artıb və 371 mln. dollara yüksəlib.
- “Amazon”-un səhm portfeli 233 mln. dollardan 279 milyon dollara çatıb.
Bu il ilk dəfə olaraq Meta platformasının səhmləri alınıb və Fond bu səhmlərə 179 milyon sərmayə qoyub.
Beləliklə, 2024-cü il üçün qlobal texnoloji şirkətlərin Dövlət Fondunun kotirovka olunan səhm portfelindəki payları aşağıdakı qaydada olub :
- “Microsoft” 494 milyon ABŞ dolları,
- “Apple” 419 milyon ABŞ dolları,
- “NVIDIA” 371 milyon ABŞ dolları,
- “Amazon” 279 milyon ABŞ dolları,
- “Alfabet” (“Google” ) 258 milyon ABŞ dolları,
- “Meta” 179 milyon ABŞ dolları,
Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır.
Süni intellekt bazarının genişlənməsi ilə trilyonluq şirkətlər siyahısına daxil olan NVİDİA -ya investisiyanın artırılması da məntiqlidir.
Amma, dəfələrlə bu mövzuda təkliflərimiz də olub ki, bu şirkətlərin Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin açılması və ciddi iş birliklərinin də qurulması çox vacib və faydalı olardı.
Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır.
Xatırladıram ki, bu siyahıda olan şirkətlərin 3-ü ilə Ermənistanın ciddi işbirliyi və birgə layihələri var.
Nərgiz,
Sitat.info