Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 apreldə - Beynəlxalq Caz Günündə dünyasını dəyişib.
Qeyd edək ki, R.Rzayev mərhum xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedaqoq kimi də fəaliyyət göstərib.