“Vüsal hicrandan acıymış” filminin təqdimatı keçirildi – FOTO

13:21 7 May 2024

Mayın 4-də Odlar Yurdu Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın təşəbbüsü və ssenari müəllifliyi ilə çəkilən ikinci Qarabağ şəhidi, baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü gənc şair Emil Rasimoğlu tədbiri açaraq qonaqları salamlayıb, filmin ideyası ilə bağlı fikirlərini bölüşüb.

Ədəbiyyat adamlarının, ictimaiyyət nümayəndələrinin, Odlar Yurdu Universitetinin tələbələrinin iştirakı ilə baş tutan tədbirdə Vüsal Kazımovun ailə üzvlərindən atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazmova, yazıçı Azad Qaradərəli, Mədəniyyət Nazirliyi əməkdaşı Sevil Kərimova, yazıçı İlham Əziz, filmin ssenari müəllifi, yazıçı Çinarə Ömray, AMEA Dilçilik İnstitutunun şöbə müdiri İlham Tahirov və başqaları çıxış ediblər.

Daha sonra “Vüsal hicrandan acıymış” sənədli filmi tədbir iştirakçılarına təqdim olunub.




Xəbər xətti