İranda qızılca yayılıb

12:57 7 İyun 2024

İranın Fars əyalətində çoxsaylı fəsadlar törədən və ölümlə nəticələnən təhlükəli qızdırma xəstəliyi yayılıb.

Sitat.info xəbər verir ki, bu barədə Şirazın Tibb Elmləri Universiteti məlumat yayıb.

“Bu xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir”, - məlumatda deyilib.

Həmin xəstəliyə yoluxan iki nəfərin öldüyü bildirilib.



Xəbər xətti