"Azərbaycanda kənd ərazilərində sənaye təyinatlı torpaqlar olmadığı üçün bölgələrdə sahibkarlıq təşəbbüsü olan insanların hətta öz istehsal elədikləri məhsulları emal edən kiçik ölçülü (məsələn 150-200 kv/metr) ərazisi olan istehsal binaları tikmək imkanı yoxdur. Uzun illər idi müstəqil ekspertlər təklif edirdi ki, pay torpağı olanlara öz torpqlarının kiçik bir hissəsində, məsələn, torpaq sahəsinin 2-3%-dən çox olmayaraq emal məqsədli tikinti aparmağa icazə verilsin. Hökumət bu addımı atdı, amma görün necə atdı. 5 hektardan çox torpağı olanlar bu inkandan yararlana biləcəklər - torpaq sahəsinin 1%-lik hissəsində sənaye təyinatlı tikinti aparmaq mümkün olacaq. Artıq ömrü başa çatan parlament Topraq Məcəlləsinə bunula bağlı dəyişiklik elədi. Yəni 50 000 kv/metrlik hissənin 500 kv/metrində emal müəssisəsi tikmək olacaq".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycanda torpaq sahiblərinin ən azı 75-80%-i 2-3 hektar və daha az torpağı olanlardır: "Bu o deməkdir ki, hökumətin son qərarından iri mülkiyyətçilər bəhrələnəcək. Onsuz da iqtisadiyyatı tamamilə monopol və iri sahibkarlığın cəngində olan ölkədə açılan hər yeni imkan da onlarım maraqlarına xidmət edir. Məsələn, 2 ha torpağın 1%-i 200 kv/metr deməkdir. Niyə burda da 100-150 kv/metr ölçüdə bir emal müəssisəsi tikmək mümkün olmasın?
Yaxud 2 qonşu və hərəsinin 2 ha torpağı var, torpaqlarını birləşdirmədən ortaq emal müəssisəsində öz bacarıqlarını sınamaq istəyirlər. Niyə bunlara oxşar imkan tanınmasın? Böyük sayda insan üçün faydasız qərarlar ona görə verilir ki, heç bir qanunverilcilik təşəbbüsü normal müzakirə olunmur, kənar rəy öyrənilmir. Amma yenə gec deyil, bu dəyişikliyi qeyd etdiyim təkliflər nəzərə alnmaqla imzalana bilər. Əgər gerçəkdən də 75-80% xırda fermerin də bu dəyişiklikdən bəhrə götürməsini istəyirlərsə...".
Məğrur,
Sitat.info