“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin asudə axtlarının səmərəli təşkili” adlı layihəsinin icrasına başlayıb.
Bildiyizim kimi, Azərbaycanda kifayət sayda sağlamlığı məhdud şəxslər var. Hər kəsin, eləcə də fiziki məhdudiyyətli şəxlərin ən təbii haqqıdır ki, işdən, problemlərdən az da olsa uzaqlaşıb ara-sıra istirahət etsin.
Elə bunu düşünərək “GÜLSAM” ƏRİB olaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə belə bir addım atmaq qərarına gəldik.
“Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” adlı layihə 01.06.2024 – 31.08.2024 tarixi aralığında davam edəcək.
Layihənin əsas məqsədi əliliyi olan hər yaş qrupundan könüllü şəxlərin bir günlük də olsa vaxtlarının səmərəli və əyləncəli keçirmələrinə imkan yaratmaqdan ibarətdir. Əsasən onlar açıq havada film izləyib,musiqi dinləyib, rəqs edirlər. Yaş qruplarına görə müxtəlif oyunlar da təşkil olunur.
Sitat.info