2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər.
Sitat.info xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun hesabat tədbirində fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
“2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının tikintisinə başlanıla bilər", - o bildirib.