Prokurorluqdan Bakıdakı ağlasığmaz cinayət ilə bağlı açıqlama - YENİLƏNİB

10:25 23 İyul 2024

10:25

Bakıda iyulun 23-də gecə saatlarında iki nəfərin ölməsi, bir nəfərin isə xəsarətlər alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

-------

07:42

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.

4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat edib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.



Xəbər xətti