Paris-2024: Avarçəkənimiz 1/4 finala vəsiqə qazandı

14:06 27 İyul 2024

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarına uğurla başlayıb.

Sitat.info xəbər verir ki, idmançımız 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb.

Diana Dımçenko 1/4 finaldakı mübarizəsinə iyulun 29-da çıxacaq.



Xəbər xətti