ABŞ səfiri Mark Libbi Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, bununla bağlı ABŞ səfirliyinin instaqram sosial şəbəkəsindəki hesabında videopaylaşım edilib.
Təbrik videosunda Azərbaycan dili üzrə biliklərini nümayiş etdirən amerikalı diplomat bu dili öyrənməyə Bakıya səfir təyin olunmazdan bir il əvvəl başladığını qeyd edib.
Bundan əlavə, ABŞ diplomatik missiyasının nümayəndələri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan dilinə həsr olunmuş şeirini səsləndiriblər.
Qeyd edək ki, avqustun 1-i respublikada Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.