Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır - ÜST

12:04 17 Avqust 2024

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris meymun çiçəyi virusunun (Mpox) əvvəlkindən daha sürətlə yayıldığını və ölüm nisbətinin yüksək olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Harris BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında vəziyyəti təhlil edib. 

 M pox virusunun əvvəlkindən daha sürətlə yayıldığını və ölüm nisbətinin yüksək olduğunu deyən Harris qeyd edib ki, xüsusilə immun sistemi zəif olanlar və uşaqlar üçün təhlükəli olduğunu qeyd edib.

"Hazırda M pox virusu üçün xüsusi müalicə yoxdur, lakin bu virusa yoluxmuş xəstələr üçün dəstəkləyici müalicələrdən istifadə olunur. Virusun təmas yolu ilə yayıldığını bildirən Harris, xəstə insanlarla təmasda olmamağı tövsiyə edib. 

ÜST sözçüsü bütün ölkələri bu məsələ ilə bağlı şəffaf olmağa çağırıb. 

 Qeyd edək ki, ÜST-nin Fövqəladə Hallar Komitəsi avqustun 14-də toplanıb və xüsusi tövsiyələr qəbul edib. 

Xatırladaq ki, bu virus həm heyvanlardan, həm də insanlardan ötürülür. 
M pox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

Nigar,

Sitat.info



Xəbər xətti