"Beşiktaş" Kayseridə 3 xalı 3 qol ilə qazandı - Səfərdə qalibiyyət

23:23 30 Sentyabr 2024

Superliqanın 7-ci həftəsində "Beşiktaş JK" "Kayserisporu" məğlub edib. Matç 0-3 hesabı ilə başa çatıb.

Sitat.info xəbər verir ki, oyunun birinci hissəsi heç-heçə ilə bitib. Gedson Fernandesin 56-cı dəqiqədəki qolu ilə Beşiktaş bərabərliyi pozub. Matçın davamında C.İmmobile 2 qol(78'P;90+1') ilə oyuna imzasını atıb. 

"Qara Qartallar" səfərdə qazandığı 3 xal ilə birlikdə sıralamada 3-cü yerini saxlayaraq "Fənərbaxça" ilə sıralama xalını bərabərləşdirib.

Türkanə Muradlı

Sitat.info



Xəbər xətti