Azərbaycana kənd təsərrüfatının davamlı inkişafı üçün platforma lazımdır.
Sitat.info xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə rəhbərinin müavini Anar Əzimov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günü çərçivəsində keçirilən panel sessiyasında bildirib.
"Azərbaycan ixrac və daxili tələbatı ödəmək kimi çətin dilemma qarşısındadır. Bu gün Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 4,8 milyon hektar, şumluq torpaqlar isə 1,9 milyon hektardır. Buna görə də biz özümüzü təmin etməyi bacarmalı, özümüzə davamlı gələcək qurmalıyıq", - deyə o qeyd edib.