Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi oktyabrın 26-dan 27-nə keçən gecə Bakıda bəzi yollarda hərəkət istiqamətinin dəyişdiriləcəyi barədə məlumat yayıb.
“Sitat.info” quruma istinadən xəbər verir ki, saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
“Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunub./"qafqazinfo"