Əhaliyə ŞAD XƏBƏR: Qış aylarında...

15:40 31 Oktyabr 2024

oyuq ayların gəlişi ilə birlikdə qrip, soyuqdəymə kimi mövsümi xəstəliklər daha da yayılmağa başlayır. Lakin şəfalı bitkiləri araşdıran mütəxəssislər şad xəbəri açıqlayıb.

Sitat.info xəbər verir ki, onların sözlərinə görə, payız-qış aylarında şəfalı bitkilər köməyimizə çata bilər.

Bədənin müdafiə sistemini gücləndirmək üçün təbii üsullara üstünlük vermək böyük əhəmiyyət daşıyır. Mütəxəssislər soyuq aylarda immuniteti möhkəmləndirmək məqsədilə tut, üzüm və keçibuynuzu bəkməzi ilə bitki çaylarının istifadəsini tövsiyə edir.

Zəncəfil, zərdəçal, darçın, mixək, ekinezya və əməköməci kimi bitkilərin qarışığı ilə hazırlanan qış çayları orqanizmin müdafiə sistemini gücləndirməyə kömək edir.

Səhər evdən çıxarkən qalın geyinənlər günortanın istisində üst geyimlərini çıxarmaq məcburiyyətində qalır ki, bu temperatur fərqi də orqanizmin mühitə alışmasını çətinləşdirir. Türkiyəli mütəxəssislər bildirir ki, bu hallarda vücudun müdafiə sistemini artırmaq üçün təbii antioksidant xüsusiyyətli məhsullardan istifadə etmək vacibdir. 

Bundan başqa, quru öskürəyə qarşı təsirli olan meyan kökündən istifadə etmək də tövsiyə olunur. Bu çaylar qrip və soyuqdəymədən qoruyur, xəstə olsanız belə, yatağa düşməyinizə mane olur.



Xəbər xətti