ABŞ-ın hərəkətləri Yaxın Şərqi böyük bir müharibənin astanasına gətirib - Lavrov

17:04 31 Oktyabr 2024

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrov Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Beynəlxalq Avrasiya Təhlükəsizlik Konfransına qatılıb.

Sitat.info xəbər verir ki, Lavrov buradakı çıxışında ABŞ və müttəfiqlərinin Avrasiya bölgəsini geosiyasi mübarizə meydanına çevirməyə çalışdıqlarınıdeyib.

“Avrasiya bölgəsində sabitlik uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə əldə edilə bilər. Qərb digər regionlarda da sabitliyi pozmağa çalışır. Xüsusilə Cənubi Qafqaza qarşı destruktiv hərəkətlər edir və Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması prosesində öz qaydalarını tətbiq etməyə çalışır”.

ABŞ-ın Yaxın Şərqə yanaşmasını tənqid edən Lavrov deyib ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təsdiqlədiyi İran nüvə sazişindən birtərəfli qaydada çıxması və ərəb-İsrail probleminin həlli prosesini monopoliya altına almağa çalışması  fəlakətli nəticələrə gətirib çıxarıb. Bu, strateji bir bölgədir.  

Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı danışan nazir Lavrov hesab edir ki, İsrailin əməliyyatı nəticəsində 1 ildə həlak olan fələstinli mülki vətəndaşların sayı 10 ildə hər iki tərəfdən ölənlərin sayından iki dəfə çoxdur.  

Lavrovun fikrincə, ABŞ prezidenti Co Bayden administrasiyası Fələstin xalqının faciəsinə son qoyacaq hər hansı təşəbbüsə mane olur. 

Nərgiz,

Sitat.info



Xəbər xətti