Qonşu ölkədə çağırış edildi: Çadırlar hazırlanır

15:52 1 Noyabr 2024

Gürcüstan müxalifəti uzunmüddətli aksiyalara hazırlaşır.

Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, ölkənin siyasətçiləri sosial şəbəkələr vasitəsilə əhaliyə müraciətlər ünvanlayırlar.

Dəyişikliklər Naminə Koalisiyasının lideri Nika Qvaramiya tərəfdaşlarına çadırların satılmasını xahiş edib:

“Kimdə orta və böyük çadırlar varsa, müraciət edin. Əgər onları bizə hədiyyə etsəniz, hətta satsanız da yenə də şad olarıq. Say məhdudiyyəti yoxdur”.

Müxalifətin davamlı aksiyalara hazırlaşdığını Güclü Gürcüstan Koalisiyasının rəhbəri Mamuka Xazaradze də təsdiqləyib.

Qeyd edək ki, Gürcüstan müxalifəti dünən növbəti mitinqin noyabrın 4-də keçiriləcəyini açıqlayıb.



Xəbər xətti