Rusiya Belarusdan hücuma keçəcək? Lukaşenko bunu deyənləri axmaq adlandırdı...

13:46 2 Noyabr 2024

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus vasitəsilə Polşa, Litva, Latviya və Ukraynaya hücum edəcəyi ilə bağlı fərziyyələri “tam axmaqlıq” adlandırıb.

Sitat.info xəbər verir ki, A.Lukaşenko belə bir perspektivi tamamilə istisna edib.

“Heç vaxt Rusiya Belarus vasitəsilə Polşaya, Litvaya, Latviyaya və ya Ukraynaya hücum etməyəcək. Bu tam cəfəngiyatdır!” .

Lukaşenko həmçinin Qərb ölkələrini mehriban qonşuluq münasibətləri qurmağa və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə çağırıb:

“Gəlin münasibətlərimizi qonşular kimi quraq. İstəməyən etməsin. Biz əməkdaşlığı inkişaf etdirəcəyimiz başqa ölkələr də taparıq. Amma hansı ölkə ilə münasibətləri kəssək, onuyn geri dönüşü olmayacaq”. 

Məğrur,

Sitat.info



Xəbər xətti